Gerb

17 fevral 2011, 13:00

Cənab Prezident! 

Sizin rüşvətxorluğa qarşı apardığınız mübarizəni dəstəkləyir və alqışlayıram. Doğrudan da, bəzi məmurlar, xüsusən də vergi əməkdaşları sahibkarları çox incidirdilər. 

Mən Biləcəri qəsəbəsində kiçik bir aptekin sahibiyəm. Özüm Tibb Universitetinin Əczaçılıq fakültəsini 1991-ci ildə fərqlənmə ilə bitirmişəm. Yersiz müdaxilələr var idi. Sizin məlum qərarınızdan sonra hər şey yaxşılığa doğru dəyişib. Tutduğunuz doğru yolda Sizə uğurlar arzulayıram. Xalq Sizin daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyir. Apardığınız tikinti-abadlıq işləri hamının könlünü xoş edib. Sizə uzun ömür və cansağlığı arzulayıram. Allah yardımçınız olsun.

Hörmətlə,

Etibar Allahyar oğlu Nağıyev

Azərbaycan Respublikası, Bakı şəhəri,
8-ci mikrorayon, Cəfər Xəndan küçəsi,
Məh.3061, Bina 40A, mənzil 64