17 sentyabr 2015, 12:15

Əzizağa Əzizovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Respublikamızda bütün sahələr kimi mədəniyyətə və incəsənətə göstərdiyiniz diqqət və qayğı bu sahənin inkişafına güclü təkan verib. Bu dinamika, eyni zamanda, ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının nəticəsidir.

Sizin incəsənətimizə və mədəniyyətimizə göstərdiyiniz həssas münasibətinizi, qayğınızı və diqqətinizi biz incəsənət xadimləri daim hiss etmişik. Bu baxımdan, xidmətlərimi nəzərə alaraq məni "Əməkdar Artist" fəxri adı ilə təltif etdiyiniz üçün Sizə şəxsən öz adımdan və ailəm adından minnətdarlığımı bildirirəm. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirəm. Çalışacağam ki, məni layiq gördüyünüz bu fəxri adı daim doğruldum və yeni sənət uğurlarına imza atım.

Hörmətlə,

Əzizov Əzizağa Ağayar oğlu, Əməkdar Artist.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.