Gerb

17 sentyabr 2015, 12:40

Möhtərəm cənab Prezident!

Azərbaycan incəsənətindəki fəaliyyətimizi yüksək qiymətləndirərək bizi"Əməkdar Artist" fəxri adına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Bizim sənət uğurlarımızın təməlində sənətə və sənətkara olan dövlət dəstəyi və qayğısı dayanır.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan mədəniyyətinin və incəsənətinin çiçəklənməsi naminə gördüyünüz böyük işlərdə tükənməz qüvvət arzulayırıq.

Hörmətlə,

Kərimov Kamran Seyran oğlu

Ələsgərov İsgəndər Vəliyulah oğlu

Əsədullayev Toğrul Mirnazim oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.