Faiq Sücəddinovdan, Bakı, Azərbaycan
18 sentyabr 2015, 11:00
Hörmətli cənab Prezident!
İlk növbədə ölkəmizdə bütün sahələrlə yanaşı, mədəniyyətimizin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm.
Siz xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz.
Ölkəmiz Sizin rəhbərliyiniz altında mühüm uğurlar qazanıb, apardığınız uğurlu siyasət nəticəsində Azərbaycan mədəniyyəti daha da inkişaf edərək dünya sivilizasiyasında öz layiqli yerini tutub.
Məhz Sizin yorulmaz əməyiniz sayəsində Azərbaycan xalqının maddi rifahı gündən-günə artmaqdadır.
Möhtərəm cənab Prezident, mədəniyyətimizin inkişafındakı xidmətlərimə görə mənə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi məni son dərəcə sevindirməklə yanaşı, yaradıcılıq işlərimin daha da artmasına, yeni-yeni sənət əsərlərinin ərsəyə gəlməsinə ruhlandırır.
Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayır, yaradıcı insanlara göstərdiyiniz qayğıya görə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Sücəddinov Faiq, Xalq artisti, "Şöhrət" ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
Azərbaycan Respublikası, Bakı şəhəri.