18 sentyabr 2015, 11:30

Dəyanət Quliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizin inkişafı və xalqımızın rifahı naminə gördüyünüz işlərə, bütün sahələrə, o cümlədən mədəniyyətə, incəsənətə və təhsilə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildiririk.

Qırx ildən çox dövrü əhatə edən pedaqoji fəaliyyətimi yüksək qiymətləndirərək məni "Əməkdar Müəllim" fəxri adına layiq gördüyünüz üçün Sizə minnətdaram. Bu fəxri ad çalışdığım kollektivin gələcək fəaliyyətinə müsbət təsir göstərəcək, müəllimlərə böyük ruh yüksəkliyi gətirəcək.

Möhtərəm Prezident, Sizin bu etimadınızı doğrultmaq üçün daim səmərəli çalışacağımıza söz veririk.

Hörmətlə,

Dəyanət Quliyev,

3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.