Gerb

17 fevral 2011, 17:15
4078

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzənin etimadnaməsini qəbul etmişdir.

Səfir Mətyu Brayzə fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mətyu Brayzə etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı səfiri yeni təyinatı münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıldı. 

Loader

Böyük ölçüdə