22 sentyabr 2015, 12:10

Samirə Əkbərovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Müstəqil Azərbaycanda baş verən yeniliklərə, irəliləyişlərə, çiçəklənməyə çox sevinir və bundan qürur hiss keçiririk. Siz bu strategiyanın banisi, ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Bu işdə Sizə müvəffəqiyyətlər arzulayırıq. 

Son illərdə sürətlə inkişaf edən respublikamızda gedən iqtisadi, siyasi, mədəni proseslər Sizin uzaqgörən siyasətinizin nəticəsidir.

Ölkəmizdə keçirilən birinci Avropa Oyunları bir daha sübut etdi ki, Azərbaycan xalqı həmişə tolerantlığın və multikulturalizm prinsiplərinin ən gözəl xüsusiyyətlərini özündə əks etdirir. Azərbaycan xalqı Sizə inanır, fəaliyyətinizi daim dəstəkləyir. 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkil edilməsinin Bakı şəhərinə həvalə edilməsi ölkəmizin dünya miqyasında söz və nüfuz sahibi olduğunu bir daha nümayiş etdirdi. İnanırıq ki, dövlətimiz bu imtahandan da üzüağ, alnıaçıq çıxacaq. 

Çox hörmətli Prezident, Bakı şəhəri Nəsimi rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin adını daşıyan 44 saylı tam orta məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi bu işdə Sizi dəstəkləyir və Sizə müvəffəqiyyətlər arzulayır.

Hörmətlə,

Əkbərova  Samirə.  

Azərbaycan Respublikası, Bakı şəhəri.