Gerb

22 sentyabr 2015, 14:00

Hörmətli cənab Prezident!

Respublikamızın dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutması, birinci Avropa Oyunlarının Azərbaycanda uğurla keçirilməsi hər bir vətəndaşımızın  qürurla fəxr etdiyi hadisələrdəndir. IV İslam Həmrəyliyi Oyunlarının da 2017-ci ildə Bakı şəhərində keçirilməsi xəbəri kollektivimiz tərəfindən sevinclə qarşılandı. Bu yarış üzrə Təşkilat Komitəsinin yaradılması haqqında imzaladığınız Sərəncam isə qəlbimizdə qürur hisi doğurdu.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xalqımızın milli-mədəni dəyərlərinin qorunması, gənc nəslə ötürülməsi, yeni təhsil müəssisələrinin tikintisi, ümumilikdə təhsil sahəsində qayğısı hamımızı sevindirir. Əminik ki, IV İslam Həmrəyliyi Oyunları da respublikamızın mövcud potensialını nümayiş etdirəcək, idman şöhrətini artıracaq və beynəlxalq nüfuzunu möhkəmləndirəcək. Birinci Avropa Oyunlarında olduğu kimi, bu Oyunlarda da bütün kollektivimiz, könüllü gənclərimiz əllərindən gələn köməyi əsirgəməyəcəklər. Bir daha Sizi təbrik edirik!

Hörmətlə,

Əliyev Akif,

M. Hüseynzadə adına 19 №-li tam orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.