02 oktyabr 2015, 14:40

Tural İsayevdən, Pirallahı, Azərbaycan

Möhtərəm Prezident!

Sizin Sərəncamınızla Pirallahıya rayon statusu veriləndən sonra bu diyar böyük tikinti meydançasına çevrilib. Hər tərəfdə abadlıq və quruculuq işləri aparılır, uşaq bağçaları, çörək kombinatı, yaşayış evləri tikilir, məktəblərimiz yüksək səviyyədə təmir olunur. Küçələr, məhəllələr abadlaşdırılaraq gözəl görkəm alır. Yollarımızın genişləndirilməsi, müasir səviyyədə asfalt çəkilməsi, ətrafın yaşıllaşdırılması əhali tərəfindən xüsusi razılıq hissi ilə qarşılanır.

Möhtərəm Prezident, biz Sizinlə fəxr edirik. Azərbaycanımızı dünyaya tanıtdırdığınıza, onun beynəlxalq nüfuzunu artırdığınıza görə Sizə minnətdarıq.

Böyük hörmət və ehtiramla,

İsayev Tural Faiq oğlu.

Azərbaycan Respublikası, Pirallahı rayonu.