Qədir Zeynalovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident!
1990-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər Azərbaycanın hər bir vətəndaşın yaddaşındadır. O vaxt respublikada hərc-mərclik hökm sürürdü, torpaqlarımız işğal olunurdu. Məhz o dövrdə xalqın təkidi ilə ümummilli liderimiz Heydər Əliyev həyatını təhlükəyə ataraq hakimiyyətə gəldi, hərc-mərcliyə son qoydu, nizami ordu yaratdı. Həmin müdrik siyasətin davamçısı olaraq Siz Azərbaycanın azadlığını, müstəqilliyini və əmin-amanlığını qoruyub saxlayır, daha da möhkəmləndirirsiniz. Bu gün ölkəmiz dinamik şəkildə inkişaf edir. Artıq Azərbaycanı dünyanın aparıcı dövlətlərindən biri kimi qəbul edirlər. Hər birimiz yaxşı bilirik ki, bu inkişaf, əmin-amanlıq Sizin apardığınız uğurlu siyasətin nəticəsidir.
Hörmətli cənab Prezident, biz Qarabağ müharibəsi əlilləri Sizin siyasətinizi daim dəstəkləyirik. Hər bir azərbaycanlı ölkəmizin müstəqilliyini, əmin-amanlığını, övladlarının xoş gələcəyini və firavan həyat sürməsini istəyirsə Sizin ətrafınızda sıx birləşməlidir. Siz hər bir azərbaycanlının Prezidentisiniz.
Hörmətlə,
Zeynalov Qədir İbrahim oğlu,
Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Gəncə şəhəri.