06 oktyabr 2015, 12:10

Rasim Qasımovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Son çıxışlarınızı televiziya vasitəsilə izlədik. Nitqləriniz məni və ailəmi dərindən təsirləndirdi. Düşmənlərimizin, bədxah qüvvələrin bütün çirkin əməllərinə baxmayaraq, Siz uğurlu xarici və daxili siyasət aparırsınız. Biz Sizin siyasətinizi tamamilə dəstəkləyirik.

Möhtərəm Prezident, Uca Allah Sizi və ailənizi daim qorusun, Azərbaycan xalqına çox görməsin! Yaşasın müstəqil Azərbaycan!

Hörmətlə,

Qasımov Rasim Qasım oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.