Bəxtiyar Mustafayevdən, Xocavənd, Azərbaycan
Text size
06 oktyabr 2015, 12:15
Hörmətli cənab Prezident!
Bu gün Sizin sayənizdə sürətlə tərəqqi edən Azərbaycan inkişaf səviyyəsinə görə dünyanın bir çox ölkələrini geridə qoyur. Bir sıra ölkələr respublikamızda yaradılan gözəl şəraitə qibtə ilə baxır. Çünki ölkəmiz müstəqil siyasət aparır və heç bir xarici dövlətin təsiri altında deyil. Respublikamızda vətəndaşların rahat və təhlükəsiz yaşaması üçün bütün tədbirlər görülür. Əlbəttə, biz bütün uğurlarımıza görə Sizin müdrik siyasətinizə borcluyuq. Sizinlə qürur duyuruq, cənab Prezident!
Hörmətlə,
Mustafayev Bəxtiyar Rəfail oğlu.
Azərbaycan Respublikası, Xocavənd rayonu.