10 oktyabr 2015, 12:30

Tahir Əkpərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən bir Azərbaycan vətəndaşı olaraq Sizin fəaliyyətinizin ölkəmizin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini görür və Sizin siyasətinizi dəstəkləyirəm.

Ötən ay Respublika Neyrocərrahiyyə Xəstəxanasında uğurla əməliyyat olundum. Müalicəm də yüksək səviyyədə təşkil edildi. Tibbi heyət çox diqqətli idi və bunun səmərəsini gördüm. Hazırda müalicəmi ev şəraitində davam etdirirəm və özümü yaxşı hiss edirəm.

Möhtərəm Prezident, bütün bunlar Sizin Azərbaycan vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün apardığınız titanik fəaliyyətinizin nəticəsidir. Bu gün həyatımızın bütün sahələrində müsbət dəyişikliklər baş verir və insanlar müstəqilliyimizin uğurlu nəticələrini görürlər. Məqsədyönlü fəaliyyətinizə, insanlara qayğınıza və Azərbaycanın yüksəlişi üçün çəkdiyiniz zəhmətə görə bir daha Sizə təşəkkürümü bildirirəm.

Dərin hörmətlə,

Əkpərov Tahir İsmayıl oğlu,

Əməkdar İncəsənət Xadimi,

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.