Oruc Əliyev və başqalarından, Zaqatala, Azərbaycan
12 oktyabr 2015, 13:30
Möhtərəm cənab Prezident!
Sizin Sərəncamınızla "Azərişıq" ASC-nin yaradılmasından və onun rayonların elektrik şəbəkələrinə rəhbərlik etməsindən sonra ən ucqar kəndlərin belə elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılmağa başladı. Uzun illər elektrik enerjisi ilə bağlı problemləri olan Zaqatala rayonunun Cimcimax, Qalal, Qarqay kimi ucqar dağ kəndlərinin qısa zamanda dayanıqlı enerji ilə təmin edilməsi əhalinin hədsiz sevincinə səbəb olub.
Hörmətli cənab Prezident, bu, bizə göstərdiyiniz diqqətin və qayğının təzahürüdür. Buna görə kənd sakinləri adından Sizə təşəkkür edir, işinizdə müvəffəqiyyətlər və möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Əliyev Oruc Əli oğlu
Şabanov Adil Nurullah oğlu
Əliyeva Fatma Yusif qızı və başqaları.
Azərbaycan Respublikası, Zaqatala rayonu, Cimcimax kəndi.