14 oktyabr 2015, 18:00

Bəxtiyar Mustafayevdən, Xocavənd, Azərbaycan

Hörmətli cənab Prezident!

Tarixən ölkəmiz parçalanmağa məruz qaldığı vaxtlarda Ulu Tanrı bizə xilaskar göndərərdi. Müasir Azərbaycanımızın başı üzünü qara buludlar alanda da Uca Allah bizə belə bir lideri – dahi Heydər Əliyevi bəxş etdi. Ulu Öndər Azərbaycanı parçalanmadan xilas etdi, ölkəmizə, millətimizə sülh, sabitlik, təhlükəsizlik dəyərləri gətirdi. 

Unutmayaq ki, bugünkü dövrdə ən böyük dəyər insanların dincliyi, ölkələrin sabitliyi və təhlükəsizliyidir. İnanın,  dünya bir mərkəzdən idarə edilsəydi və bu mərkəzin rəhbəri ümummilli liderimiz Heydər Əliyev olsaydı cəmiyyətimizdə dinclik, sabitlik və təhlükəsizlik hökm sürərdi.  Allah Ulu Öndərimizə rəhmət eləsin. Ümummilli Liderimizin qoyduğu siyasi kursu uğurla davam etdirdiyinizə görə Sizinlə qürur duyur, Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

 

Mustafayev Bəxtiyar Rəfail oğlu.

Azərbaycan Respublikası, Xocavənd rayonu.