Gerb

14 oktyabr 2015, 18:05

Hörmətli cənab Prezident!

Müasir müstəqil Azərbaycanın banisi, ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Sizin müdrik rəhbərliyiniz altında uğurla həyata keçirilən neft strategiyası həyatımızın bütün sahələrinə müsbət təsirini göstərir. Bu uğurlu strategiyanın uğurlu nəticələrini elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında da görürük.

Möhtərəm Prezident, elm sahəsindəki kiçik xidmətlərimi yüksək qiymətləndirərək 2015-ci il 9 oktyabr tarixli Sərəncamınızla məni "Əməkdar elm xadimi" fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu addımı Azərbaycan elminə və təhsilinə göstərdiyiniz diqqət və qayğının təzahürü kimi dəyərləndirirəm. "Biz neft kapitalını insan kapitalına çevirməliyik" çağırışınızın reallaşdırılması naminə bundan sonra da var gücümlə çalışacağıma söz verirəm.

Hörmətlə,

 

Hümbətov Ramiz.  

 Azərbaycan Respublikası, Bakı şəhəri.