Gerb

27 may 2010, 18:50

Zati-aliləri,

Respublika Günü münasibətilə hökumətimiz adından, Pakistan xalqı adından və şəxsən öz adımdan Sizə, hökumətinizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən gözəl arzularımı çatdırmaqdan məmnunluq hissi duyuram.

Ölkələrimizin müxtəlif regional və beynəlxalq məsələlərə baxışı eynidir. Biz müxtəlif beynəlxalq forumlarda sıx əməkdaşlığa malikik. Mən ümidvaram ki, hər ikimiz bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə əlaqələrimizə kömək etmək məqsədilə əməkdaşlığımızı gələcəkdə də davam etdirəcəyik. Mən əminəm ki, gələcəkdə də münasibətlərimiz xalqlarımızın qarşılıqlı mənafeyi və faydası üçün daha da güclənəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram.

Zati-aliləri, xahiş edirəm dərin ehtiramımı qəbul edəsiniz.

Asif Əli Zərdari

Pakistan İslam Respublikasının Prezidenti
 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR