Gerb

19 fevral 2011, 12:30

Möhtərəm cənab Prezident,

Müstəqil Azərbaycan dövlətinin qurulması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdırsa, dövlətçiliyimizin inkişafı və çiçəklənməsi isə Sizin - gənc liderimiz İlham Əliyevin tarixi xidmətlərinin bəhrəsidir.

Cənab Prezident, Sizin yürütdüyünüz uğurlu siyasət Azərbaycana iqtisadi sahədə keçid dövrünü uğurla başa çatdırmağa imkan vermişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası, yeni iş yerlərinin açılması, tikinti-quruculuq, abadlıq işlərinin həyata keçirilməsi, iri müəssisə və obyektlərin, yeni məktəblərin, sosial iaşə obyektlərinin, olimpiya komplekslərinin tikilməsi və s. sadalamaqla bitməyən işlərin görülməsi Azərbaycanı sürətlə inkişaf etməkdə olan dövlətlərin sırasına çıxarmışdır.

Hörmətli Prezident,

Sizin yürütdüyünüz siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə dünyanın supergüc dövlətləri ilə bir sırada öz qətiyyətli mövqeyini ortaya qoyur. Mən inanıram ki, Azərbaycan gənc lider İlham Əliyevin rəhbərliyi altında dünyanın güclü dövlətlərindən birinə çevriləcək və Dağlıq Qarabağ problemi tezliklə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır.

Dərin hörmətlə,

Əsədov Qabil Əsədxan oğlu.
Azərbaycan Respublikası, Biləsuvar şəhəri, 1 may küçəsi, 25 saylı mənzil.