Turqut Əsədlidən, Naxçıvan Muxtar Respublikası, Şərur, Azərbaycan
15 oktyabr 2015, 12:00
Hörmətli cənab Prezident,
Sizin diqqət və qayğınız nəticəsində yaxşı şəraitdə yaşayır, firavan həyat sürürük. Qarşıdan gələn soyuq aylara tam hazırıq. Qaz, işıq, su, yol problemimiz yoxdur.
Həyata keçirdiyiniz uğurlu siyasət sayəsində Azərbaycanımız və onun ayrılmaz hissəsi olan Naxçıvanımız gündən-günə inkişaf edir, irəli gedir. Azərbaycan Ordusu da sürətlə möhkəmlənir və qüdrətlənir. Bu gün Naxçıvan diyarında hərbçilərin, eləcə də yerli camaatın döyüş ruhu çox yüksəkdir. Çünki, biz heç zaman Qarabağımızı yaddan çıxarmırıq. Torpaqlarımızı azad etmək üçün nə vaxt əmr versəniz, bu yolda canımızdan belə keçməyə hazırıq.
Möhtərəm Prezident,
Sizə inanır və Sizi sevirik. Bizə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Ömrünüz uzun olsun! Allah bizim Prezidentimizi, Ali Baş Komandanımızı başımızın üstündən əskik etməsin.
Yaşasın Prezidentimiz, Yaşasın Azərbaycan!
Hörmətlə,
Əsədli Turqut Mehman oğlu
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu.