Gerb

15 oktyabr 2015, 18:00

Hörmətli cənab Prezident!

Oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyiniz tapşırıqları bir dövlət qulluqçusu olaraq diqqətlə dinlədim.

Son dövrlər dünyada baş verən qlobal böhranların ölkəmizdə təsiri hiss edilmir. Baş verən proseslər fonunda apardığınız uğurlu siyasətin və qurulan düzgün iqtisadi modelin nəticəsində iqtisadiyyatımızın və əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilən proqramlar davamlı xarakter alıb. Bu uğurları görməyən, onlara kölgə salmağa çalışanlar isə daxildə vətən xainləri, xaricdə isə dövlətimizin düşmənləridir. Nazirlər Kabinetinin iclasında Siz Azərbaycan vətəndaşlarını narahat edən çox vacib məsələlərə toxundunuz. Əminəm ki, aidiyyəti orqanlar deyilənlərdən nəticə çıxarmağı bacaracaqlar.

Hörmətli cənab Prezident, respublikamızın sürətli inkişafında fəal iştirak edən bir dövlət qulluqçusu olaraq bildirmək istəyirəm ki, biz gənclər  Sizin apardığınız uğurlu siyasəti, dövlətimizin mövqeyini daim dəstəkləmişik. Verdiyiniz hər bir əmrin icrasını təmin etmək üçün bütün varlığımızla, canımızla hazırıq. Ulu Tanrı Sizi qorusun!

 

Hörmətlə,

İbadov Ramin Hacı oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.