Mürvət Abbasovdan, Masallı, Azərbaycan
16 oktyabr 2015, 12:00
Möhtərəm cənab Prezident!
Ölkəmizdə hər sahədə olduğu kimi, təhsildə də böyük uğurlar qazanılır. Bu nailiyyətlərin əsasında Sizin bu sahəyə, bu sahədə çalışanlara göstərdiyiniz diqqət və qayğı dayanır. Sizin təhsil işçilərini mütəmadi olaraq yüksək dövlət mükafatları ilə təltif etməyiniz onları daha da səylə çalışmağa və yeni uğurlar qazanmağa sövq edir.
Möhtərəm Prezident, dövlətimizin ali mükafatları ilə təltif olunanlardan biri də mənəm. Əməyimiz yüksək qiymətləndirərək məni "Tərəqqi" medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı və çiçəklənən Azərbaycanımızın inkişafı naminə işlərinizdə yeni-yeni uğurlar arzu edirəm.
Səmimi hörmət hissi ilə,
Abbasov Mürvət Əzim oğlu, tarix üzrə fəlsəfə doktoru.
Azərbaycan Respublikası, Masallı rayonu.