16 oktyabr 2015, 12:30

Teymur Sultanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Bir çox xalqların nümayəndələri ilə yanaşı, ləzgilər də uzun illərdir ki, Pirallahı rayonunda ​yaşayırlar. Hamı kimi biz də yeni yaradılmış rayonun ictimai-mədəni həyatında yaxından iştirak edirik.

Dövlətimiz tərəfindən rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işləri bizi çox sevindirir. Eyni zamanda, ona görə şadıq ki, insanlar arasında ayrı-seçkilik qoyulmur, müxtəlif xalqların nümayəndələri bir ailə kimi firavan həyat sürürlər. Yenidənqurma işlərinin ləzgi qəbiristanlığında dini ayinlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş sahəni də əhatə etməsi dediklərimin daha bir sübutudur.

Möhtərəm Prezident, bu işlərə görə Sizə minnətdarlığımızı bildiririk. Ömrünüz uzun olsun!       

Hörmətlə,

Sultanov Teymur Xanəhmədoviç.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.