Gerb

21 fevral 2011, 13:00

Hörmətli Prezidentimiz! 

Ölkəmizdə apardığınız abadlıq və quruculuq işləri hər bir Azərbaycan vətəndaşı kimi məni də çox sevindirir. Yürütdüyünüz uğurlu daxili və xarici siyasət bizdə gələcəyə böyük inam yaradır. Sizin rüşvətxorluğa qarşı apardığınız mübarizəni dəstəkləyir və alqışlayıram. 

Cənab Prezident, əminik ki, ölkəmiz Sizin rəhbərliyiniz altında gələcəkdə də böyük qələbələr və uğurlar əldə edəcəkdir. Biz Sizin dərin intellektinizlə, iradəniz və cəsarətinizlə qürur duyuruq. Sizə möhkəm cansağlığı diləyirik və vətənimizin inkişafı, xalqımızın gələcəyi naminə yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzu edirik. Mən Sizinlə fəxr edirəm! 

Dərin hörmətlə,

Orxan Oktay oğlu Nəzərov 

Azərbaycan Respublikası, Bakı şəhəri,
Qaradağ rayonu, Ələt qəsəbəsi, ev 18, mənzil 11