Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Haynts Fişerə

24 oktyabr 2015, 17:00

Hörmətli cənab Federal Prezident, 

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və firavanlıq diləyirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 oktyabr 2015-ci il.