26 oktyabr 2015, 12:10

Emin Bayramovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu məktubu yazmaqla Sizə təşəkkür etmək istəyirəm. Son günlər baş verən hadisələr bizə bir daha belə deməyə əsas verir ki, xalqımızın igid, qətiyyətli rəhbəri var. Siz müdrik qərarlarınızla ölkəmizdə təhlükəsizliyin, sülhün bərqərar olmasına və möhkəmlənməsinə nail olmusunuz. Xalqımız sabit cəmiyyətdə rifah içərində yaşayır. Bu, Sizin uzaqgörən siyasətinizin uğurlu nəticəsidir.

Bütü bunlara görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Bayramov Emin.  

Azərbaycan Respublikası, Şirvan şəhəri.