26 oktyabr 2015, 16:00

Nigar Vəliyevadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sumqayıt şəhərinin 18-ci mikrorayonunun sakinləri həyata keçirdiyiniz uğurlu daxili və xarici, sosial-iqtisadi siyasətinizi ürəkdən bəyənir, regionların sosial-iqtisadi inkişafına yönəlmiş proqramların uğurlu icrasını bizə olan ən yüksək qayğı və diqqətinizin nümunəsi kimi qiymətləndirirlər.

Son günlər şəhərinizdə, o cümlədən 18-ci mikrorayonda abadlıq-quruculuq işləri böyük vüsət alıb. Mikrorayonumuzun daxili yolları asfaltlanıb, çoxmənzilli binaların dam örtükləri yüksək keyfiyyətlə yenilənib, zirzəmiləri qurudulub və həyətlərdə yaşıllıqlar salınıb. Hazırda bu istiqamətdə qızğın iş gedir. Bir sözlə, illərdən bəri xəyallarda olan arzular həqiqətə çevrilir.

Əziz Prezidentimiz, rahatlığa, firavanlığa görə Sizə sonsuz məhəbbətimizi, dərin minnətdarlığımızı bildiririk. Sizi bir daha əmin edirik ki, müstəqil Azərbaycanın tərəqqisi naminə apardığınız bütün işlərdə ən yaxın köməkçiləriniz olacağıq. Sizə şərəfli, çətin və məsuliyyətli işinizdə yeni-yeni uğurlar arzulayırıq. 

18-ci mikrorayonun sakinləri adından dərin hörmət və ehtiramla,

Vəliyeva Nigar Ələkbər qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.