26 oktyabr 2015, 17:30

Vüqar Məmmədovdan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident!

Mən kiçik övladımın müalicəsi üçün lazımi dərmanların  alınması ilə bağlı xeyli əziyyət çəkirdim. Beş ay əvvəl 1-ci kurs müalicə üçün aldığım dərmanların qiyməti həddən artıq yüksək idi. Lakin bu ay 2-ci müalicə kursu ilə əlaqədar lazımi dərmanları münasib qiymətə əldə edə bildim. Bu, Sizin ölkəmizdə dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı ədalətli və humanist qərarınız nəticəsində mümkün oldu.

Möhtərəm Prezident, bütün bunlara görə şəxsən öz adımdan və ailəm adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Sizə, ailənizə və övladlarınıza uzun ömür, möhkəm cansağlığı arzu edirəm. Allah Sizi və yaxınlarınızı qorusun.

Hörmətlə,

Məmmədov Vüqar.  

Azərbaycan Respublikası, Lənkəran şəhəri.