02 noyabr 2015, 16:30

Əzizə Quliyevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu günlər Sumqayıtda baş verən müsbət dəyişikliklər biz sakinləri həqiqətən çox sevindirir. "Qurd dərəsi" adlandırılan bağlar yaşayış sahəsində avtomobil yolunun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olur və onlara böyük çətinliklər yaradırdı. Hazırda həmin yola asfalt örtüyü döşənir. Hazırda həmin yola asfalt örtüyün döşənməsi, marşrut xətti üzrə avtobusların vaxtlı-vaxtında gəlməsi və ünvana çatması, camaatın rahatlığının təmin edilməsi istiqamətində görülən işlər sakinlər tərəfindən rəğbətlə qarşılanır

Möhtərəm Prezident, biz yaxşı bilirik ki, ölkəmizin bütün rayon və şəhərlərində, o cümlədən Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq işləri Sizin tapşırıqlarınız və göstərişləriniz əsasında icra edilir. Yaşayış massivinin sakinləri adından Sizə sonsuz təşəkkürümüzü bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Quliyeva Əzizə.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.