“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

02 noyabr 2015, 16:31

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 390; 2002, № 5, maddə 241; 2003, № 1, maddələr 11, 13; 2006, № 6, maddə 478, № 8, maddə 657; 2007, № 1, maddə 3, № 6, maddə 571; 2008, № 5, maddə 348, № 12, maddə 1048; 2012, № 6, maddə 504; 2014, № 3, maddə 235; 2015, № 3, maddə 245) 8-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsinə “vətəndaşlarının mülkiyyətinə” sözlərindən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2015-ci il.