İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib

02 noyabr 2015, 17:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

Dövlətimizin başçısı Baş nazir Əhməd Davudoğlunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdi.

Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını ifadə edən Türkiyə Respublikasının Baş naziri öz növbəsində hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.