Gerb

05 noyabr 2015, 14:30

Möhtərəm cənab Prezident!

Ölkəmizin dünyada baş verən iqtisadi böhranlardan, münaqişələrdən kənarda qalması Sizin uğurlu siyasətinizin nəticəsidir. Neftin qiymətinin kəskin şəkildə düşməsinə baxmayaraq xalqımızın rifahı gündən-günə yaxşılaşır. Bu, respublikamızda iqtisadiyyatın şaxələndirilməsinin uğurla həyata keçirilməsindən xəbər verir.

Möhtərəm Prezident, nə yaxşı ki, varsınız. Sizin dövlətimizə, millətimizə göstərdiyiniz qayğınızı görməmək, hiss etməmək nankorluq olardı.

Siz Ulu Öndərimizin xalqımıza yadigarı, əmanətisiniz. Bir Azərbaycan vətəndaşı olaraq Sizi və ölkəmizi göz bəbəyim, canım, qanım kimi qorumağa hazıram. Çox sağ olun.

Hörmətlə,

Musayev Rayət.  

Azərbaycan Respublikası, Bakı şəhəri.