Gerb

06 noyabr 2015, 11:30

Hörmətli cənab Prezident!

Bu yaxınlarda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə Sizi təbrik edirik. Biz – Rusiyadan iki təqaüdçü qadın 2015-ci ilin oktyabrında Azərbaycana sanatoriya müalicəsi üçün “Naftalan” sağlamlıq mərkəzinə gəldik. Mərkəzə çox gözəl insan İlqar Hüseynov rəhbərlik edir. Bu sağlamlıq mərkəzinə gələnlərin hamısına həkimlər və bütün tibb heyəti tərəfindən göstərilən olduqca mehriban münasibəti biz heç yerdə görməmişik. Bizi ən əziz qonaqlar kimi qəbul etdilər, sağalmağımız üçün əllərindən gələni əsirgəmədilər. Bu cür mehriban münasibəti biz bu gözəl şəhərin küçələrində də gördük. Bu şəhər sözün əsl mənasında göz önündə dəyişir. Sizin lideri olduğunuz ölkənin iqtisadi inkişafının uğurlarına ürəkdən heyran qaldığımızı bildiririk. Azərbaycanın əməksevər insanlarına, onların mehribanlığına, ölkələrinə məhəbbətinə, onun tarixinə, dövlət rəmzlərinə dərin hörmət bəsləmələrinə valeh olduq. Şəhərlərin, parkların gözəlliyi və təmizliyi, təbiətə qayğı ilə yanaşma adamı heyran qoyur.  

Sizin ölkənizə daha böyük uğurlar və inkişaf arzulayırıq. Əminik ki, ölkələrimizin əhalisi arasında bütün sahələrdə münasibətlər gələcəkdə də bizim gəlişimizdə gördüyümüz kimi bu cür səmimi olacaq. Sizin bu gözəl ölkənizə dəfələrlə gəlməyi arzu edirik. 

Hörmətlə,

Şumilova İrina Yuryevna

Ordina Valentina Pavlovna

Rusiya Federasiyası, Moskva şəhəri