06 noyabr 2015, 11:55

Natiq Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ölkəmizdə beşinci çağırış Milli Məclisə seçkilərdə rəhbəri olduğunuz Yeni Azərbaycan Partiyasının xalqımızın mütləq əksəriyyətinin səsini qazanaraq qarşıdakı beş ildə parlamentdə daha geniş tərkibdə təmsil olunmaq hüququ qazanması münasibətilə Sizi təbrik edirəm.

Bu seçkilər bir daha göstərdi ki, hakim Yeni Azərbaycan Partiyası ölkəmizdə yüksək nüfuza malikdir və yarandığı gündən bu günə kimi xalqımızın ona olan etimadı daim artmaqdadır.

Hörmətli cənab Prezident, bir daha Sizi bu uğurunuz münasibətilə təbrik edirəm. Sizin rəhbərliyinizlə ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutmasından fəxr hissi keçirirəm. Qoy, bu çətin və şərəfli işinizdə Tanrı hər zaman Sizə yar olsun! Amin.

Hörmətlə,

Əliyev Natiq.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.