Gerb

06 noyabr 2015, 15:20

Hörmətli cənab Prezident!

Böyük Vətən müharibəsinin veteranı olmuş atam Qennadi Borisovun "Cəsur minaaxtaranlar döyüşdə" («В боях отважные саперы») adlı kitabının nəşr edilməsinə kömək göstərilməsi xahişi ilə Sizə müraciət etmişdim. Çox sağ olun ki, xahişim yerinə yetirildi.

Qısa müddətdə atamın əlyazmaları yığılaraq səhifələndi və cəbhə şəkilləri ilə birlikdə kitab şəklinə salındı. Kitab nəşr olunduqdan sonra bir nüsxəsini Moskvada yerləşən Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyinə göndərdik və təşəkkür məktubu aldıq.

Əziz Prezidentimiz, bu təşəkkür, ilk növbədə, Sizə düşür. Kitabın tez bir zamanda ərsəyə gəlməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İndi çox xoşbəxtəm ki, atamın kitabı nəhayət işıq üzü gördü. Allah Sizə hər zaman xoşbəxt günlər qismət etsin.

Hörmətlə,

Camalzadə İnessa Qennadiovna.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.