İlham Əliyevin Gürcüstan parlamentinin sədri ilə görüşü olub

06 noyabr 2015, 15:05
İlham Əliyevin Gürcüstan parlamentinin sədri ilə görüşü olub

Prezident İlham Əliyevin Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşü olub.

David Usupaşvili Azərbaycan Prezidentini parlamentin binası önündə qarşıladı. Gürcüstan parlamentinin deputatları Prezident İlham Əliyevə təqdim olundu. Dövlət başçısı və Gürcüstan parlamentinin sədri xatirə şəkli çəkdirdilər.

Görüşdə David Usupaşvili Gürcüstana rəsmi səfəri çərçivəsində parlamentə gəldiyinə görə deputatlar adından Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirdi. David Usupaşvili Prezident İlham Əliyevin təkcə regionun deyil, dünyanın nüfuzlu şəxsiyyətlərindən biri kimi Gürcüstana rəsmi səfərindən şərəf duyduqlarını vurğuladı.

Gürcüstan parlamentinin sədri ölkələrimiz arasında dostluq əlaqələrinin çox intensiv və güclü olmasına baxmayaraq, bu münasibətləri daha da möhkəmləndirmək baxımından Azərbaycan dövlətinin başçısının bu səfərinin mühüm önəm daşıdığını söylədi. David Usupaşvili Prezident İlham Əliyevi rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qələbəsi münasibətilə Gürcüstan parlamenti adından təbrik etdi və yeni tərkibdə Azərbaycan parlamenti ilə münasibətləri davam etdirəcəklərini bildirdi.

Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədri ilə Bakıda keçirdiyi görüşləri xatırladı. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olmasını prezidentlər tərəfindən imzalanan Birgə Bəyannamənin bir daha təsdiq etdiyini vurğuladı. Bizim əlaqələrimizin təməlində xalqlarımızın bir-birinə olan hörməti, rəğbəti dayanır, - deyən Prezident İlham Əliyev siyasi, iqtisadi, sosial və humanitar sahələrdə Gürcüstan ilə Azərbaycanın hazırki əməkdaşlığının bir çox ölkələr üçün nümunə ola biləcəyini söylədi, dostluq münasibətlərinin dərinləşməsində parlamentlərarası əlaqələrin önəmindən danışdı.

Sonra dövlət başçısı Gürcüstan parlamentinin xatirə kitabına ürək sözlərini yazdı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10