Gerb

07 noyabr 2015, 11:20

Hörmətli cənab Prezident!

Milli Məclisə seçkilərdə rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyasının yüksək nəticə göstərərək qələbə qazanması münasibətilə Sizi ürəkdən təbrik edir, millət vəkillərimizə dövlətimiz və xalqımızın gələcək tərəqqisi uğrunda fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram. Mən Sizinlə fəxr edirəm.

Fəxr edirəm ki, belə savadlı, təvazökar, dürüst, səmimi, güclü lideri olan ölkənin vətəndaşıyam. Allah daim köməyinizdə olsun. Tanrı Azərbaycanımızı qorusun.

Möhtərəm Prezident, biz Sizin siyasətinizi ürəkdən alqışlayır və dəstəkləyirik. Qoy bu seçkilər hamımıza uğur gətirsin!

Sizə möhkəm cansağlığı, ailə səadəti, güc və enerji arzulayıram.

Dərin hörmətlə,

Süleymanov Qurban.

Azərbaycan Respublikası, Zərdab rayonu.