07 noyabr 2015, 11:50

Adil Adilov və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan Milli Məclisə seçkilər uğurla başa çatdı. Parlament seçkilərində iştirak edən sıravi vətəndaşlar kimi deyə bilərik ki, xalqın sərbəst seçim etməsi, öz səsini istədiyi namizədə verməsi üçün məntəqələrdə hər bir şərait yaradılmışdı.

Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ölkəmizin dinamik inkişafı və xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik. Allah Sizi qorusun!

Hörmətlə,

Adilov Adil Qasım oğlu

Adilov Zaur Adil oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.