Gerb

11 noyabr 2015, 11:35

Hörmətli cənab Prezident!

Ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq həyata keçirdiyiniz uğurlu layihələr nəticəsində ölkəmizin rayon və şəhərləri sürətlə inkişaf etməkdədir. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıtda da aparılan abadlıq-quruculuq işləri bizi çox sevindirir. Bu işlər Sizin bizə olan qayğınızın və diqqətinizin bariz nümunəsidir.

Möhtərəm Prezident, bir vətəndaş kimi Sizə dərin minnətdarlığımı çatdırır, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Əliyev Həsən Havaş oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.