11 noyabr 2015, 15:40

Ceyhun Mirzəyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizin inkişaf etdiyi, regionda güc mərkəzinə çevrildiyi bir vaxtda Siz möhkəm siyasi iradə nümayiş etdirərək Dağlıq Qarabağ probleminin həllində aparıcı qüvvələrin Azərbaycanı dəstəkləməsinə nail olmusunuz. Həmçinin Siz ölkəmizi dünyanı bürüyən terrordan və radikal dini qruplaşmalardan qoruyaraq sabit, bütün sahələrdə dinamik inkişaf edən ölkə modelini yaratmısınız. Belə bir vaxtda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizlik sistemində baş verən xoşagəlməz hallar bir vətəndaş kimi məni də sarsıtdı. Dövlətçiliyimizə, Sizə, ulu öndər Heydər Əliyevin həyatını təhlükəyə ataraq qurduğu milli təhlükəsizlik sistemimizə, dövlətçilik ənənələrinə xəyanət edən hər kəsə ən ağır cəzanın verilməsini istəyirəm.

Möhtərəm Prezident, Sizə cansağlığı, səbir, möhkəm iradə arzulayıram. Bütün xalqımız kimi mən də hər zaman Sizi dəstəkləyirəm.

Dərin hörmətlə,

Mirzəyev Ceyhun Vəkil oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.