16 noyabr 2015, 12:00

Pərviz Quliyev və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz Azərbaycanın bütün gənclərinin dostu olmaqla onların daha yaxşı təhsil almaları üçün hərtərəfli şərait yaradılmasını daim diqqət mərkəzində saxlayırsınız. Hazırda təhsil aldığımız Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi-texniki bazası məhz Sizin dəstəyinizlə yenidən qurulub. Dünyanın bir çox inkişaf etmiş ölkələrinin universitetlərində yüksək təhsil haqqı tətbiq edildiyi halda, azərbaycanlı tələbələr öz ölkələrində ödənişsiz əsaslarla mükəmməl təhsil alır, dövlətimizin təqaüdü ilə təmin olunurlar.

Möhtərəm Prezident, ali təhsil, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinin tələblərinə və şagirdlərinə, habelə doktorantlara verilən təqaüdlərin artırılması ilə bağlı imzaladığınız 2015-ci il 10 noyabr tarixli Sərəncamınız universitetimizdə təhsil alan gənclərin təhsilə olan marağının daha artmasına səbəb olacaq, ölkəmizin kənd təsərrüfatı mühəndislərinə ehtiyacının ödənilməsinə müsbət təsirini göstərəcəkdir. Xalqımızın gələcəyi üçün gördüyünüz bu işlərə görə ADAU-nun mühəndislik fakültəsinin tələbləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Quliyev Pərviz Nüsrət oğlu

Mahmudova Fəridə Zahid qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.