16 noyabr 2015, 16:00

Aygün Məcidli, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident!

Birinci Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsinə görə Sizə təşəkkür edirəm. Bu Oyunların Bakıda təşkil edilməsi məni çox qürurlandırdı. Özüm Şəkidə olsam da, qəlbim, ürəyim paytaxtdakı idman arenalarında döyünürdü. Xüsusilə Sizin və ailənizin idman yarışlarını arenalardan izləməyiniz məni çox sevindirirdi. Hər şey möhtəşəm idi. Azərbaycanlı olduğum üçün bir daha qürur hissi keçirdim.

Möhtərəm Prezident, bu yaxınlarda təqaüdlərlə bağlı imzaladığınız Sərəncam biz tələbələri çox sevindirdi. Mən AMİ-nin Şəki filialında 4-cü kursda ödənişli əsaslarla təhsil alıram. Buna baxmayaraq dərslərimi yaxşı oxuyuram. İmzaladığınız bu Sərəncam ödənişli əsaslarla təhsil alan tələbələr üçün çox böyük stimuldu.

Bizə göstərdiyiniz dəstəyə görə Sizə şəxsən öz adımdan, ailəm və dostlarım adından sonsuz təşəkkürümü bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Məcidli Aygün Eldar qızı.

Azərbaycan Respublikası, Şəki şəhəri.