İlham Əliyev “G20”nin Antalya Sammiti çərçivəsində işçi lançda çıxış edib

16 noyabr 2015, 22:00
İlham Əliyev “G20”nin Antalya Sammiti çərçivəsində işçi lançda çıxış edib

Prezident İlham Əliyev “Böyük İyirmiliyin” (G-20) Antalya Sammiti çərçivəsində keçirilən işçi lançda çıxış edib.

Dövlətimizin başçısı çıxışında Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyəli əlaqələrin inkişaf etdiyini vurğulayaraq, Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırlatdı. Ölkələrimiz arasında energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdıqları mühüm energetika və digər layihələrin yalnız regionda deyil, dünya miqyasında da böyük əhəmiyyətə malik olduğunu dedi. Bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində önəmini vurğulayaraq, həmin layihənin həyata keçirilməsində əlaqələndirmənin gücləndirilməsinin əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın energetika sahəsində əldə etdiyi uğurlara toxundu. Ölkəmizin neft hasilatı sahəsində böyük tarixə və təcrübəyə malik olduğunu söyləyən dövlətimizin başçısı dünyada ilk dəfə sənaye üsulu ilə dənizdə neftin Azərbaycanda çıxarıldığını bildirdi.

Azərbaycan Prezidenti müstəqillik dövründə həyata keçirilən enerji layihələri, xüsusilə 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” və bu müqavilənin dünyanın enerji xəritəsində tutduğu mühüm yer, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri haqqında da danışdı. Prezident İlham Əliyev vurğuladı ki, həmin illərdən ötən dövr ərzində Azərbaycanın energetika sahəsində beynəlxalq əməkdaşlığı daha da genişlənib və bu gün də uğurla davam edir.

Prezident İlham Əliyev dedi:

-Ölkələrimiz arasında tərəfdaşlıq daim artmaqdadır. O cümlədən Türkiyə ilə energetika sahəsində tərəfdaşlıq regional tərəfdaşlıqdan qlobal tərəfdaşlığa keçib. Biz Türkiyə ilə birgə mühüm energetika layihələrini çox uğurla həyata keçiririk.

Azərbaycan XIX əsrin ortalarında neftin çıxarıldığı ilk ölkədir. Sonra - XX əsrin ortalarında Abşeronda neft hasilatı geniş vüsət aldı. İndi, XXI əsrdə biz “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Artıq xeyli hissəsi gerçəkləşdirilmiş bu layihə Azərbaycanın və Türkiyənin fəal iştirakı ilə uğurla reallaşır. Mən Türkiyə və Azərbaycanı, Xəzər və Aralıq dənizlərini birləşdirən layihəni nəzərdə tuturam. Bu, tarixdə ilk hadisədir. Həmçinin Türkiyə və Azərbaycanı birləşdirən qaz boru kəmərini qeyd edirəm. Beləliklə də biz təkcə neft deyil, həm də qaz ixrac edən ölkəyə çevrilirik. Hər iki layihə təxminən 10 il bundan əvvəl həyata keçirilməyə başlayıb. Onların fəaliyyəti bizə daha çox neft və qaz satmağa, tərəfdaşlarımıza isə alternativ enerji mənbələrindən istifadə etməyə kömək edir.

Məlum olduğu kimi, Xəzər dənizinin dünya okeanına çıxışı yoxdur. Buna baxmayaraq, Azərbaycan ilk ölkədir ki, belə bir şəraitdə öz təbii ehtiyatlarını dünyaya çatdıra bilir. Biz şadıq ki, 1994-cü ildə tərəfdaşlarımızla birgə işə başladıq. O vaxtdan bu tərəfdaşlıq uğurla davam edir. Mən, həmçinin demək istəyirəm ki, ölkələrimiz və dostlarımız arasında olan bu tərəfdaşlıq bizə bu layihələri həyata keçirməyə imkan verib. Biz ümid edirik ki, “Cənub” qaz dəhlizi layihəsi də uğurla gerçəkləşəcək. Mən dəstəyə və eyni istiqamətdə irəli hərəkət etməyimizə görə Prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm. Bizim yaxşı investorlarımız var. Həmçinin Birləşmiş Ştatların bütün reallaşan layihələrə dəstək verdiyinə görə Prezident Obamaya minnətdarlığımı bildirmək istərdim. Bu dəstək olmadan biz xüsusilə 1990-cı illərin ortalarında əldə etdiyimiz uğurlara nail ola bilməzdik. Biz, həmçinin Böyük Britaniyanın Baş naziri Kemerona təşəkkür etmək istərdik. Böyük Britaniya artıq 20 ildən çoxdur ki, Azərbaycanda ən böyük sərmayədardır. Bu, bizə həm ticarətdə, həm də investisiya və digər sahələrdə tərəfdaşlığımızı çox yüksək səviyyəyə çatdırmağa imkan verdi. Mən dostum Renziyə bununla bağlı təşəkkür etmək istərdim. İtaliya bundan sonra da bu qazın ən böyük idxalçısı olacaq. Bu layihənin həyata keçirilməsi bizə İtaliya vasitəsilə digər ölkələrin bazarlarına çıxmağa imkan verəcək. Qırx beş milyard dollar məbləğində olan sərmayələr hasil edilən qazın Xəzər dənizi sahilindən nəqlini mümkün edəcək vahid qaz şəbəkəsini yaratmağa imkan verəcək. Həmin qaz Gürcüstan və Türkiyə ərazisindən keçərək Yunanıstana, Bolqarıstana, daha sonra Albaniyaya və nəhayət Adriatik dənizindən İtaliyaya daxil olacaq. Bu layihə müvafiq ölkələrin hökumətlərinin və şirkətlərinin göstərdiyi səylərin əlaqələndirilməsini tələb edir və biz artıq həmin əlaqələndirmənin, əməkdaşlığın nəticələrini görürük.

Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu, təsdiqlənmiş rəqəmdir. Potensial ehtiyatların həcmi isə 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün, qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi məsələsinə ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Bu, şaxələndirmə layihəsidir. Bu halda şaxələndirmə tək marşrutların deyil, – halbuki bu, əhəmiyyətlidir, - həm də mənbələrin şaxələndirilməsi deməkdir. Bu baxımdan bizim mənbə Avropa üçün yenidir. Bizim marşrut Avropa üçün yeni marşrutdur. Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək. Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi göstərib. Əlbəttə ki, biz tranzit, istehlakçı və hasilatçı ölkələrin maraqlarını təmin etməliyik. Bu məqsədlərə nail olmaqdan ötrü biz bütün tərəflər üçün əlverişli şərait yaratmalıyıq. Çox sağ olun.

X X X

“Böyük İyirmiliyin” Sammiti çərçivəsində Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş naziri Matteo Renzi, Malayziyanın Baş naziri Nacib Rezak, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə ikitərəfli münasibətlərin inkişafına dair qısa söhbətləri olub.

“Böyük iyirmiliyin” Antalya  Sammitində Azərbaycanın təmsil olunması, dövlətimizin başçısının dünya liderləri ilə birlikdə müasir dövrün ən aktual məsələlərinin müzakirələrində yaxından iştirak etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən daha bir amildir. Bu, həm də dünya miqyasında Azərbaycana verilən önəmin daha bir nümunəsidir.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35