Gerb

16 noyabr 2015, 18:00

Hörmətli cənab Prezident!

Son vaxtlar Sumqayıtda görülən işlər biz sakinləri çox sevindirir. Şəhərimizin elə məhəlləsi, elə küçəsi yoxdur ki, orada abadlıq-quruculuq işləri aparılmasın. Müxtəlif növ ağaclar əkilir, yaşıllıqlar salınır, küçələr asfaltlanır və işıqlandırılır. Bütün bunlar şəhərimizə gələn qonaqları valeh edir. Biz bu işləri yaşadığımız Hacı Zeynalabdin qəsəbəsində də müşahidə edirik.

Möhtərəm Prezident, Sumqayıta göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ömrünüz uzun olsun.

Hörmətlə,

Qafarov Arif Zəbi oğlu. 

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi.