17 noyabr 2015, 13:00

Rasim Orucov və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Gənc nəslin azərbaycançılıq ideologiyası əsasında vətənpərvərlik ruhunda tərbiyə olunması, əsl vətəndaş kimi formalaşması üçün irəli sürdüyünüz “Ölkəmizi tanıyaq” layihəsi müstəsna əhəmiyyət kəsb edir. Biz valideynlər, təhsil işçiləri, müəllimlər və bütün İsmayıllı ictimaiyyəti şagirdlərimizi Azərbaycanımızın şimal bölgəsinə uca şəxsiyyətinizə, dövlətimizə dərin minnətdarlıqla yola saldıq. Bir daha əmin olduq ki, ölkəmizin bütövlüyü, xalqımızın xoşbəxtliyi, respublikamızın daxili və xarici maneələri qətiyyətlə dəf edərək sürətli inkişafı, gənclərimizin daha firavan həyata qovuşması Sizin rəhbərliyinizlə, yenilməz iradənizlə bağlıdır. Sizin müdrik ideyalarınız əsasında təhsilimiz, mədəniyyətimiz, sosial-iqtisadi həyatımız beynəlxalq miqyasda nümunəyə çevrilir. Azərbaycan vətəndaşı olmaqdan qürur duyur, fəxr edirik ki, Sizin müasirinizik. Haqqa doğru inamla getdiyiniz yolda Sizə möhkəm cansağlığı və Allah amanında olmağınızı arzulayırıq.

İsmayıllı rayonunun təhsil işçiləri, müəllimləri və ictimaiyyəti adından dərin hörmət və ehtiramla,

Orucov Rasim

Mikayılova Sədəf

Salehov Valeh

Əhmədov Nizami və başqaları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.