18 noyabr 2015, 10:40

Nadir İsmayılovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkə vətəndaşlarını narahat edən məsələlərin həll vaxtında həll edilməsindən çox razıyıq. Əvvəllər mövcud olan bir sıra bürokratik əngəllər və süründürməçilik halları Sizin sayənizdə aradan qaldırılıb. 

Torpaq sahəsinə çıxarış almaq üçün dövlət reyestr xidmətinin Zərdab rayon şöbəsinə müraciət etmişdim. Bir gün müddətində mənə lazımi çıxarış verildi.

Əziz Prezidentimiz, yaradılmış bu şəffaf və operativ xidmət sisteminə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu müsbət amillər Sizin qəbul etdiyiniz qərarlar, verdiyiniz tapşırıqlar nəticəsində formalaşıb. Allah köməyiniz olsun.

Hörmətlə,

İsmayılov Nadir Əlsəf oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Alcanlı kəndi.