18 noyabr 2015, 11:05

Araz Əliyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident!

Son aylarda Sumqayıtda aparılan abadlıq-quruculuq işləri şəhər sakinlərini çox sevindirir. Sumqayıtın girişindəki əsas yol genişləndirilir ki, bu da gələcəkdə yarana biləcək tıxacın qarşısının alınmasında böyük rol oynayacaq. Yeni parklar salınır, küçələr işıqlandırılır. Sumqayıtda görülən işlər onun qəsəbələrindən də yan keçməyib. Yaşadığımız Hacı Zeynalabdin qəsəbəsində çoxlu sayda ağaclar əkilir, 60 saylı uşaq bağçasının dam örtüyü əsaslı təmir olunur, bağçada istilik sistemi quraşdırılır. 

Hörmətli cənab Prezident, Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işlərinə görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Əliyev Araz. 

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.