Məhərrəm İsmayılovdan, Gəncə, Azərbaycan
18 noyabr 2015, 15:00
Hörmətli cənab Prezident!
Tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyünüz tədbirlər sürətlə inkişaf edən ölkəmiz üçün yüksək ixtisaslı kadr hazırlığına mühüm töhfə verir. Gənclərimiz ölkəmizdə müasir maddi-texniki bazaya malik ali təhsil müəssisələrində, eyni zamanda, dövlət vəsaiti hesabına dünyanın aparıcı universitetlərində təhsil alırlar.
Əziz Prezidentimiz, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqronomluq fakültəsinin tələbələri təqaüdlərin artırılması ilə bağlı 2015-ci il 10 noyabr tarixi Sərəncamınızı yüksək qiymətləndirirlər. Sizin böyük diqqət və qayğınız tələbələrimizin təhsilə marağını artırır, onların valideynlərini qəlbən sevindirir.
Hörmətlə,
İsmayıov Məhərrəm Musa oğlu,
ADAU-nun aqronomluq fakültəsinin dekanı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.