Gerb

19 noyabr 2015, 13:00

Hörmətli cənab Prezident!

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlara və bu sahədə tətbiq edilən yeniliklərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İndi fərdi yaşayış evlərini və mənzilləri çox asanlıqla sənədləşdirə bilirik.

Möhtərəm cənab Prezident, Siz vətəndaşların problemlərinin həlli, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində böyük işlər görmüsünüz. Bütün bunlar xalqımızın güzəranının yaxşılaşmasına xidmət edir. Çox sağ olun. Allah yolunuzu hər zaman açıq etsin!

Hörmətlə,

Məmmədov Mehman Qasım oğlu.

Azərbaycan Respublikası, Göyçay rayonu.