19 noyabr 2015, 13:52

Üzeyir Zeynalovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin “Böyük İyirmiliyin” (G-20) Antalya Sammitindəki çıxışınız hər bir azərbaycanlı kimi məni də qürurlandırdı. Dünyanın nəhəng dövlətləri sırasında Azərbaycanın adının çəkilməsi Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir. Siz bununla bir daha sübut etdiniz ki, Azərbaycan nəhəng dövlətlərlə bir cərgədə dayanmağa qadir ölkədir.

Möhtərəm cənab Prezident, biz bir daha əmin olduq ki, Azərbaycanın sükanı etibarlı əllərdədir. Həyata keçirəcəyiniz bütün işlərinizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Zeynalov Üzeyir Ələmşah oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.