20 noyabr 2015, 11:00

Aydın Talıbovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ölkəmizdə sahibkarlara yaradılan münbit şərait, əlverişli iqtisadi mühit və möhkəm hüquqi əsasları olan qanunvericilik bazası bizim kimi iş adamlarına daha fəal biznes fəaliyyəti ilə məşğul olmağa stimul verib. Sahibkarlığın inkişafına verdiyiniz xüsusi dəstək nəticəsində müəssisəmizin fəaliyyət sahəsi xeyli genişlənib.

Sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı çıxışlarınız bizə hər zaman ruh yüksəkliyi və gələcək fəaliyyətimizdə daha nikbin olmağa ümid verib. Sahibkarların yanında olmağınız respublikamızın iqtisadiyyatının güclənməsi istiqamətində daha əzmlə çalışmağımıza zəmin yaradıb. 

Möhtərəm cənab Prezident, bütün bunlara görə kollektivimizin  çoxsaylı üzvləri adından Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətlə,

Talıbov Aydın, sahibkar.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi.